Yuxarı qalx

Xəbərlər

Organic Food Festivalda iştirak

Organic Food Festivalda iştirak

21-23 iyun tarixlərində Dənizkənarı Milli Parkda keçirilən “Organic Food Festival 2019” başa çatıb.
Azərbaycanda ilk dəfə olaraq keçirilən və "Made in Azerbaijan" brendini təşviq etmək, ölkəmizdə yerli və xarici ekoloji təmiz qida məhsulları istehsalçılarını tanıtmaq məqsədilə təşkil olunmuş festivala üç gün ərzində 10 mindən çox ziyarətçi qatılıb.
KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını – yeyinti məhsulları, bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s. məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim ediblər.
ALSANA MMC-in Payım brendi ət və ət məhsulları ilə Azərbaycanda ilk dəfə həyata keçirilən Organic Food Festival 2019-da 3 gün iştirak etdi.
Ayda 100 ton məhsul istehsal etmə qabiliyyətinə malik, "#Halal va #şəffaf istehsalat" devizi ilə çalışan müəssisənin əsas hədəflərindən biri Made in Azerbaijan-ı dünya
bazarında "Payım" brendi ilə təmsil etməkdir.
Hazırda #Türkmənistan, #Qazaxstan, #Özbəkistan və s. ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilir.