Yuxarı qalx

Xəbərlər

"Sağlam uşaqlar – sağlam gələcək"

"Sağlam uşaqlar – sağlam gələcək"

WorldChefs-in prezidenti qeyd edir ki, "Bizim uşaqlarımızın və onların uşaqlarının sağlam qida ilə təmin olunması üçün əliizdən gələni etməli, gələcək nəsil ilə biliklərimizi paylaşmalıyıq. Çünki sağlam qida uzun, xoşbəxt və sağlam həyatın açarıdır."

20 oktyabr "Al-Sana" MMC ət və ət məhsulları, "Payım" brendi ticarət markası istehsalçısı, rəhbərliyi və "Azərbaycan Aşpazlar Gildiyası" idarə heyəti, komandası ilə birgə uşaqlara “Sağlam qidalanma”nı öyrədən #WorldChefs proektinə qoşuldu. Biz, valideyn himayəsindən məhrum olan uşaqlar evində olduq.

Proqramımızın məqsədi uşaqlara sağlam qidalanma haqqında məlumat vermək, kulinariyadan seminar keçmək, halal, yerli və uşaqlar üçün istehsal olunan Payım məhsullarını onlarla paylaşmaq, gələcəkdə məslək seçimində onlara dəstək olmaq və aşpazlıq sənətinə maraq yaratmaqdır. Cəmiyyətimizdə uşaqlara yol açmaqda, sənət sahibi olmaqlarında kömək etmək edə biləcəyimiz ən vacib işlərdən biridir! Həftədə 1 dəfə valideyn himayəsindən məhrum uşaqlara bu cür dərslərin keçirilməsini planlayırıq. Tədbirimizin mövzusu "Sağlam uşaqlar – sağlam gələcək" adı altında keçəcəkdir. "Azərbaycan Aşpazlar Gildiyası" idarə heyəti və komandasına, eləcə də həmkarlarımıza yeni nəslə dəstək olduqlarına görə dərin təşəkkürümüzü bildiririk!