Köhnə ətlə yeni əti müəyyən etmək mümkün olacaq

Köhnə ətlə yeni əti müəyyən etmək mümkün olacaq
  • 18 Aprel 2015
  • saytquradmin
  • 0 şərh

Maraqlı məlumat! Köhnə ətlə yeni əti müəyyən etmək mümkün olacaq.

Novruz bayramı ilə əlaqədar Kənd Təssərüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti də gücləndirilmiş iş rejimində çalışacaq.

Qurum Bakıda keçiriləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bazarlarda ciddi baytarlıq nəzarəti aparacaq. Belə ki, ilk növbədə paytaxtda təşkil olunacaq 8 yarmarkada satışa çıxarılcaq ət və süd məhsulları ciddi yoxlanılacaq. Tək yarmarkalar deyil, bazarlardakı məhsuların keyfiyyəti və təhlükəsizliyinə də nəzarət olunacaq.

Bunun üçün baytarlıq sanitariya ekspertiza laboratoriyalarına müasir avadanlıqlar gətirilib. Heyvan və heyvan mənşəli məhsulların təhlükəsizliyi bazar və yarmarkalarda təşkil olunacaq səyyar baytarlıq sanitariya ekspertiza labratoriyalarında yoxlanılacaq. Artıq adıçəkilən laboratoriyalara Rusiya istehsallı ən müasir avadanlıqlar gətirilib.

5 saylı sanitar ekspertiza laboratoriyasının müdiri Ramazan Eminov qeyd edir ki, köhnə ətlə yeni əti müəyyən edən xüsusi cihazlar var.

Yararsız ət və süd məhsulları satışdan çıxarılacaq.

Dövlət baytarlıq Nəzarəti Xidməti eyni zamanda heyvanlardan və heyvan mənşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejimində olacaq. Qurumun rəisi Aslan Aslanov bazara və yarmarkalara gətirilə biləcək yararsız ət və süd məhsullarına qarşı görüləcək mübarizə tədbirlərindən söz açıdı.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Aslan Aslanov yarana biləcək bütün hallarının qarşısının alınacağını dedi.

Yarmarkalardakı bütün məhsulların qiymətlərinə ciddi nəzarət olunacaq.

Kənd Təsərrüfatı Nazirliyi də bayram günlərində satışa çıxarılacaq məhsullara ciddi nəzarət edəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtəuzəli Hacıyevin sözlərinə görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul işçilərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimilənməsinə nəzarət edəcək.

Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi eləcə də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 14-19 mart tarixlərində paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

SİZƏ İSƏ GÜVƏNƏRƏK QİDALANA BİLƏCƏYİNİZ PAYIM ƏT və ƏT MƏHSULLARINI TƏKLİF EDİRİK…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

VİDEO ÇARX

Facebook