Şirkət Haqqında

"PAYIM" brendinin istehsalçısı "AL-SANA" Şirkətidir

“AL-SANA” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət təsis edildiyi ilk gündən halal istehsalatla məşğul olur, yalnız halal standartlı məhsullar hazırlayır. İstehsalatımız ən müasir avadanlıqlarla təhciz edilib. Məhsullarımızın yoxlanması üçün laboratoriyamız fəaliyyət göstərir.

Şirkətimizin”Payım” brendinin əsas xüsusiyyətlərindən biri donmuş məhsullardan heç bir halda istifadə etməməsidir. “AL-SANA” MMC-nin yüksək keyfiyyətilə seçilən qida əlavələrindən istifadə etdiyini xüsusi olaraq vurğulamaq istəyirik.

Qeyd etməliyik ki, “Payım” brendində istifadə olunan bütün ətlərin hamısı yerli məhsullardır. Ölkəmizin müxtəlif səfalı regionlarından alınan ətlər İslam prinsiplərinə uyğun olaraq kəsilir və istehsalata buraxılır. İslamın qaydaları çərçivəsində istehsal edilən, ekoloji təmiz, yüksək keyfiyyətli «Payım» ət və ət məhsulları beynəlxalq standartlara uyğundur. emblemsFaydalı maddələr və minerallarla zəngin olan məhsullarımız sağlam qidalanma üçün ən düzgün seçimdir!

Halal və yüksək keyfiyyətli «Payım» məhsullarının ölkəmizin bütün marketlərindən əldə edə bilərsiniz.

«Payım» ət və ət məhsullarının diqqətli və həssas alıcılar tərəfindən rəğbətlə qarşılanması işlərimizə stimul verir və bizi daha da sevindirir. Buna görə də məhsullarımızın bütün parametrlərində öz halallığımızı, nüfuzumuzu və vətəndaşımıza olan ehtiramımızı qorumağa çalışırıq.

Şirkətimizin iş prinsipini “açıq qapı”, “şəffaf istehsalat” elan etdiyimiz üçün hörmətli alıcılar müəssisəmizlə yaxından tanış ola bilərlər!

 

Ünvan: Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir 8a.

Tel.: (012) 514 75 93

Fax: (012) 514 69 43